az en
News / "Bayer 04" – "Qarabağ" oyununun hakimləri

"Bayer 04" – "Qarabağ" oyununun hakimləri

Avropa Liqası Dərc olundu: 12.03.2024 Çap
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində martın 14-ü, saat 00:00-da Almaniyanın Leverkuzen şəhərindəki "BayArena"da keçiriləcək "Bayer 04" (Almaniya) – "Qarabağ" qarşılaşmasının hakimləri açıqlanıb. "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək:
"Bayer 04" – "Qarabağ" oyununun hakimləri
Baş hakim: Entoni Teylor
Baş hakimin köməkçiləri: Qari Besuik, Adam Nann
Dördüncü hakim: Endryu Medli
VAR: Stüart Attuel
AVAR: Carred Qavan Cillet (Avstriya)
 
Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Baş Sponsor 
Partnyorlar