az en
News / "Braqa" – "Qarabağ" oyununun hakimləri

"Braqa" – "Qarabağ" oyununun hakimləri

Avropa Liqası Dərc olundu: 13.02.2024 Çap
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində fevralın 15-də, saat 00:00-da “Estadio Municipal de Braga”da keçiriləcək “Braqa” (Portuqaliya) – “Qarabağ” qarşılaşmasının hakimləri açıqlanıb. “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Danimarkadan olan hakimlər briqadası idarə edəcək:
"Braqa" – "Qarabağ" oyununun hakimləri
Baş hakim: Morten Kroq
Baş hakimin köməkçiləri: Vollenberq Rasmussen, Steffen Bramsen
Dördüncü hakim: Mikkel Redder
VAR: Rob Dieperink
AVAR: Yonas Hansen
Baş Sponsor 
Partnyorlar