az en
News / “Bütün gücümüzü meydanda qoymağa hazırıq”

“Bütün gücümüzü meydanda qoymağa hazırıq”

Avro-2020 Dərc olundu: 18.11.2019 Çap
AÇ-2020-nin seçmə mərhələsində noyabrın 19-da, saat 23:45-də Trnava şəhərindəki Anton Malatinskiy stadionunda keçiriləcək Slovakiya – Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Nikola Yurçeviçin və komandanın üzvü Bəhlul Mustafazadənin iştirakı ilə bu gün mətbuat konfransı təşkil olunub:
 
“Bütün gücümüzü meydanda qoymağa hazırıq”
Nikola Yurçeviç: “Avro-2020-nin qrup mərhələsində son oyunumuzu keçirəcəyik. Turnir cədvəlinə diqqət yetirsək,  rəqibin ikinci yeri tutmaq şansı var. Onlar bizi məğlub edib, Uelsdəki matçın heç-heçə başa çatmasını arzulayırlar. Biz də şərəf üçün oynayacağıq. Sabahkı oyunda qələbə qazanmaq, mərhələni 3 xalla başa vurmaq istəyirik. Bunun üçün bütün gücümüzü meydanda qoymağa hazırıq. Hazırda aktivimizdə 1 xal var, amma keçirdiyimiz oyunlardan yalnız Slovakiya ilə Bakıdakı görüşdə xal qazanmaq imkanımız olmayıb. Digər qarşılaşmalarda buna yaxın olmuşuq.
Komandada motivasiya yüksək səviyyədədir. Üstəlik, Slovakiya ilə Bakıdakı matçın nəticəsi də komandanı oyuna motivasiya edəcək. Bir sözlə, futbolçularımız peşəkardırlar və nə edəcəklərini yaxşı bilirlər.
Heyətdə dəyişikliklərin olacağı istisna deyil. Buna son məşqdən sonra qərar verəcəyik. Maksim Medvedev və Mahir Emrelinin zədə səbəbindən oynamayacağı əvvəlcədən məlum idi. Pavel Paşayev, Dmitri Nazarov və Riçard Almeydanın da zədəsi var. Onların sabahkı oyunda meydana çıxıb-çıxmayacağı bilinmir”.  
 
Bəhlul Mustafazadə: “Slovakiyanın mərhələ adlamaq şansı qalır və bu baxımdan sabahkı oyun daha çətin keçəcək. Biz də mübarizə aparacağıq, əlimizdən gələni edəcəyik ki, xal qazanaq. Slovakiya qrupumuzda Xorvatiyadan sonra ikinci ən güclü komandadır.
Marek Hamşik kimi futbolçunun millimizin müdafiə xətti haqda xoş sözlər söyləməsi yaxşıdır. Ancaq uğur qazanmaq üçün bütün komanda çalışır. Təbii ki, istəyimiz qol vurmaq və buradan yaxşı nəticə ilə ayrılmaqdır”.
 
Baş Sponsor 
Proyekt Partnyorları