az en
News / Bu gün saat 00:00: “Gent” (Belçika) – “Qarabağ”

Bu gün saat 00:00: “Gent” (Belçika) – “Qarabağ”

Konfrans Liqası Dərc olundu: 23.02.2023 Çap
UEFA Avropa Konfrans Liqasında mübarizə aparan "Qarabağ" bu gün turnirin pley-off mərhələsində cavab oyununu keçirəcək. Təmsilçimiz Belçikanın Gent şəhərindəki “Gent” stadionunda yerli vaxtla 21:00, Bakı vaxtı ilə saat 00:00-da Belçikanın “Gent” klubu ilə qarşılaşacaq. “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Şotlandiyadan olan hakimlər idarə edəcək.
Bu gün saat 00:00: “Gent” (Belçika) – “Qarabağ”
Baş hakim: Villiam Kollum
Baş hakimin köməkçiləri: Fransis Konnor, David Roome
Dördüncü hakim: Nikolas Valsh
VAR: David Coote (İngiltərə)
AVAR: Lee Betts (İngiltərə)
 
Qeyd edək ki, “Qarabağ” bir həftə əvvəl Bakıda keçilmiş ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanıb.
Baş Sponsor 
Partnyorlar