UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün turnirin 1/8 final mərhələsi çərçivəsində ilk oyununu keçirəcək. Təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq oyunda Almaniyanın “Bayer 04” klubu ilə qarşılaşacaq. “CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Benoit Bastien
Baş hakimin köməkçiləri: Hiçam Zakrani, Aurelien Bertomieu
Dördüncü hakim: Ceremi Piqnard
VAR: Benoit Millot
AVAR: Erik Uattelye
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)