az en
News / Bu gün saat 22:00: “Çukariçki” - “Sumqayıt”

Bu gün saat 22:00: “Çukariçki” - “Sumqayıt”

Konfrans Liqası Dərc olundu: 21.07.2021 Çap
UEFA Konfrans Liqasındakı təmsilçilərimizdən “Sumqayıt” bu gün mübarizəyə başlayır. “Sumqayıt” ikinci təsnifat mərhələsinin ilk oyununda Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq. Belqrad şəhərindəki “Çukariçki” stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq oyun İctimai televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Bu gün saat 22:00: “Çukariçki” - “Sumqayıt”
“Çukariçki” (Serbiya) - “Sumqayıt”
21 iyul. “Çukariçki” stadionu. Saat 22:00
Baş hakim: Fedayi San
Baş hakimin köməkçiləri: Yonas Erni, Zürxer Benjamin
Dördüncü hakim: Stefan Horisberger
(Hakimlər briqadası İsveçrədəndir)
Baş Sponsor 
Partnyorlar