Bu gün “Bulvar Marriott Hotel"də AFFA İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.
Əvvəlcə AFFA-nın prezidenti Rövşən Nəcəf yeni seçilmiş üzvləri təbrik edib və onlara müvafiq qovluqlar təqdim olunub. Rövşən Nəcəfin təklifinə əsasən, Sərxan Hacıyev AFFA-nın icraçı vitse-prezidenti, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezidenti vəzifəsinə təsdiqləniblər.
Sərxan Hacıyevin, eyni zamanda, müvəqqəti olaraq AFFA-nın baş katibi vəzifəsini icra etməsi qərara alınıb.