az en
News / “D” kateqoriyalı məşqçi kursları keçiriləcək

“D” kateqoriyalı məşqçi kursları keçiriləcək

Məşqçi kursları Dərc olundu: 23.02.2024 Çap
AFFA-nın təşkilatçılığı ilə martın 5-dən 7-dək, ümumilikdə 3 günü əhatə edəcək “D” kateqoriyalı məşqçi kursları keçiriləcək.
“D” kateqoriyalı məşqçi kursları keçiriləcək
Kurs zamanı dərslər həm nəzəri, həm praktiki hissədən ibarət olmaqla AFFA-nın məşqçilik kurslarının təlimçiləri tərəfindən AFFA-nın inzibati binasında keçiriləcək. Kursda iştirak etmək ödənişsizdir. İştirak etmək istəyən,18 yaşına çatmış şəxslər 28 fevral 2024-cü il tarixinədək aşağıda qeyd olunan linkə keçid edərək, anketi doldura bilərlər. Qeydiyyatdan keçən seçilmiş 25 nəfər (kişi və qadın) kurslara cəlb ediləcək. Kurslarda iştirak haqqı qazanmış şəxslərə bu barədə məlumat veriləcək.
 
Qeydiyyatdan keçmək üçün link: http://bit.ly/affadkursu
Baş Sponsor 
Partnyorlar