az en
News / Göygöl rayonunda “D” kateqoriyalı məşqçi kurslarına start verilib (fotolar)

Göygöl rayonunda “D” kateqoriyalı məşqçi kurslarına start verilib (fotolar)

Məşqçi kursları Dərc olundu: 30.11.2022 Çap
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Göygöl Olimpiya İdman Kompleksində “D” kateqoriyalı məşqçi kurslarına start verilib. 
Göygöl rayonunda “D” kateqoriyalı məşqçi kurslarına start verilib (fotolar)
AFFA-nın məşqçi kurslarının təlimçiləri İlham Əzizzadə və Rasim Əliyev tərəfindən keçirilən kursun ilk günündə iştirakçılara “Futbolun ilkin elementləri”, “Reallığa əsaslanan öyrənmə metodları”, “Kütləvi futbolda məşqçinin rolu” və digər mövzular haqqında danışılıb. Göygöl rayonunda və ətraf regionlarda futbol oynayan uşaqların valideynləri, universitet tələbələri, eləcə də məşqçilik fəaliyyətinə başlamaq istəyən şəxslərin qatıldığı “D” kateqoriyalı məşqçi kursları 3 gün davam edəcək.
 
Baş Sponsor 
Partnyorlar