az en
News / Klub nümayəndələri üçün seminar keçirilib (fotolar)

Klub nümayəndələri üçün seminar keçirilib (fotolar)

Lisenziya Dərc olundu: 31.10.2022 Çap
Bu gün AFFA-nın İnzibati binasında Misli Premyer Liqası və l Divizionda çıxış edən klubların nümayəndələri üçün Lisenziyalaşdırma qrupunun 2023/24-cü illər Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib. Klub nümayəndələrinə şəxsən və ya onlayn formatda iclasda iştirak etmək seçimi verilib. İclasda aşağıda qeyd olunmuş mövzuları haqqında ətraflı məlumat verilib:
 
Klub nümayəndələri üçün seminar keçirilib (fotolar)
-       Ötən mövsümün icmalı
-       Lisenziyalaşdırma Qrupunun yenilənmiş təşkilatı strukturu
-       Prosesə aid sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklər
-       Cari mövsümdən etibarən tətbiq olunacaq yeni meyar (Futbolda Sosial Məsuliyyət) barədə məlumat
-       Lisenziyalaşdırma Qrupunun mövsüm ərzində planlaşdırılmış tədbir, seminar və treninqləri haqda məlumat
 
İclasın sonunda Lisenziyalaşdırma Qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.
 
Baş Sponsor 
Partnyorlar