Aprelin 2-də, saat 10:00-da “Baku Marriott Boulevard” hotelində keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında iştirak etmək istəyən KİV nümayəndələri akkreditasiya əldə etmək üçün qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
1. Qeydiyyatdan keçənin adı, soyadı
2. Təmsil etdiyi KİV
3. Vəzifəsi
4. 3x4 ölçüdə, elektron formatda şəkil
Yuxarıda göstərilənlər 28 mart saat 18:00-a qədər
[email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və
[email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.