az en
News / KİV əməkdaşları üçün seminar keçiriləcək

KİV əməkdaşları üçün seminar keçiriləcək

Seminar Dərc olundu: 28.11.2014 Çap
UEFA-nın mətbuat üzrə nümayəndəsinin rəhbərliyi ilə dekabrın 8-də, saat 10.00-dan 16:00-dək "Bakcell Arena"da Lisenziyalaşdırma prosesi çərçivəsində mətbuat xidməti əməkdaşları üçün seminar keçiriləcək. Seminarda Topaz Premyer Liqasında, Birinci divizionda mübarizə aparan klubların, həmçinin AFFA və Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşları, eləcə də millinin və klularımızın avrokubok oyunları zamanı stadionda iş başında olmuş jurnalistlər və  fotoqraflar iştirak edə biləcəklər. Seminar zamanı həm nəzəri, həm də praktiki məşğələlər təşkil olunacaq.
Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunacaq.
Seminarda iştirak etmək istəyən KİV əməkdaşlarından (hər mətbuat orqanından 1 müxbir və 1 fotoqraf)  bu gündən başlayaraq 2 dekabr, saat 16:00-a qədər [email protected] ünvanında qeydiyyatdan keçmələri (Mövzu: Seminarda iştirak üçün) xahiş olunur.
 
Baş Sponsor 
Partnyorlar