Şimali Makedoniyanın Skopye şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı mövzusunda regional seminarı keçirilib.
Seminarda Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov və Qrupun eksperti Fərhad Ələkbərov iştirak ediblər.
Seminarda aşağıdakı mövzular müzakirə olunub:
• Klubların Lisenziyalaşdırması üzrə yeniliklər
• Makedoniya Futbol Federasiyasında Klubların lisenziyalaşdırması və gənclər futbolunun inkişafı
• Üç illik qayda
• UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartları və s.