az en
News / Lisenziyalaşdırma üzrə menecerlər üçün təkrar imtahan keçirilib

Lisenziyalaşdırma üzrə menecerlər üçün təkrar imtahan keçirilib

Lisenziya Dərc olundu: 11.03.2024 Çap
 AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin təşkilatçılığı ilə klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni və bundan əvvəl baş tutan imtahanda uğursuz nəticə göstərmiş əməkdaşlar üçün onlayn formatda təkrar imtahan keçirilib.
Lisenziyalaşdırma üzrə menecerlər üçün təkrar imtahan keçirilib
İmtahandan əvvəl Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları iştirakçılara imtahanın şərtlərini xatırladıb. Menecerlər verilən sualları cavablandırıblar. İmtahandan müvəffəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, lisenziya qaydalarına əsasən, Lisenziya iddiaçısı olan hər bir klubun lisenziyalaşdırma üzrə meneceri qeyd olunan sertifikata malik olmalıdır.
 
Baş Sponsor 
Partnyorlar