az en
News / Maqsud Adıgözəlov Klublar Komitəsinin sədri seçilib (fotolar)

Maqsud Adıgözəlov Klublar Komitəsinin sədri seçilib (fotolar)

Klublar Komitəsi Dərc olundu: 19.10.2023 Çap
Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.
 
Maqsud Adıgözəlov Klublar Komitəsinin sədri seçilib (fotolar)
İclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.
Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə Klublar Komitəsinin sədri seçilib. İclasda digər məsələlər müzakirə olunub.
 
Baş Sponsor 
Partnyorlar