az en
News / Millimiz ilk oyununu keçirib

Millimiz ilk oyununu keçirib

U-15 Dərc olundu: 22.08.2023 Çap
Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib. 
Millimiz ilk oyununu keçirib
Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız heç-heçə edib – 0:0. Əsasnaməyə əsasən, qalibi müəyyən etmək üçün penaltilər seriyası təşkil olunub. Penaltiləri daha dəqiq yerinə yetirən rəqib komanda yekunda 3:2 hesablı qələbə qazanıb. Millimiz turnirdə növbəti oyununu avqustun 24-də estoniyalı yaşıdlarına qarşı keçirəcək.
Baş Sponsor 
Partnyorlar