az en
News / “Məktəblərdə futbol” mövzusunda UEFA seminarı başlayıb (fotolar)

“Məktəblərdə futbol” mövzusunda UEFA seminarı başlayıb (fotolar)

UEFA Dərc olundu: 29.10.2018 Çap
Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə UEFA seminarı keçirilir.
 
“Məktəblərdə futbol” mövzusunda UEFA seminarı başlayıb (fotolar)
“Məktəblərdə futbol” (Football in Schools) mövzusunda keçirilən seminarda AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edir. UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşüb. Seminar noyabrın 1-dək davam edəcək. 
 
Baş Sponsor 
Partnyorlar