az en
News / Müəllimlər üçün kurs davam edir (fotoreportaj)

Müəllimlər üçün kurs davam edir (fotoreportaj)

Məşqçi kursları Dərc olundu: 13.02.2020 Çap
AFFA və Təhsil Nazirliyi tərəfindən Mingəçevirdə orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) iştirakı ilə D kateqoriyalı məşqçi kursu davam edir.
 
Müəllimlər üçün kurs davam edir (fotoreportaj)
Kursun ikinci günündə iştirakçılara həm nəzəri, həm praktiki dərslər keçirilib. Günün birinci yarısında iştirakçılara futbolun texniki tərəflərindən danışılıb, futbolda məşqçinin rolu haqqında zəruri məlumatlar verilib. Günün ikinci yarısında iştirakçılar Mingəçevir şəhər stadionunda praktiki məşqdə iştirak ediblər. Kurs iştirakçılarına məşqin planlaması, məşq prosesi zamanı onların nə etməli olduqları izah olunub.
Xatırladaq ki, AFFA-nın təlimatçıları tərəfindən aparılan seminarda 21 məşqçi-müəllim iştirak edir.
 
Baş Sponsor 
Partnyorlar