az en
News / “İnkişaf etmək üçün bu oyundan dərs çıxartmalıyıq”

“İnkişaf etmək üçün bu oyundan dərs çıxartmalıyıq”

AVRO-2024 Dərc olundu: 28.03.2023 Çap
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində “Friends Arena”da İsveç - Azərbaycan oyunundan sonra təşkil olunmuş mətbuat konfransında milli komandanın baş məşqçisi Canni De Byazinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“İnkişaf etmək üçün bu oyundan dərs çıxartmalıyıq”
“İlk hissədə topla daha çox oynayırdıq. Onları çətinə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci qoladək oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Topa daha çox nəzarət etdik. İkinci qoldan sonra onların hər imkanı qol olurdu. Bizim də imkanlarımız oldu. Hətta heç-heçə edə bilərdik. Təbii ki, fiziki cəhətdən onlar bizdən güclüdürlər. 70-75 dəqiqə oyunda qala bilirik. Ondan sonra çox çətin olur bizə. Ən əsası 2:0-dan sonra ruhdan düşməməliyik. İnanmalıyıq ki, nəticəni xeyrimizə dəyişmək olar. Əminəm ki, bundan daha yaxşısını edə bilərik. İnkişaf etmək üçün bu oyundan dərs çıxartmalıyıq.
Oyunun son dəqiqələrində 2002 və 2003-cü il təvəllüdlü uşaqlara şans verdim. Başa düşürəm, nəticə bizim üçün acınacaqlıdır, amma onlara deyəcək sözüm yoxdur”.
 
Baş Sponsor 
Partnyorlar