DOST Agentliyinin “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsinin növbəti komponenti çərçivəsində daun sindromlu şəxslərlə “İnklüziv futbol turniri” keçirilib.
“Korporativ DOST” altproqramı çərçivəsində “Könüllü DOST” proqramının təşkilatçılığı, “PAŞA Sığorta”nın baş sponsorluğu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Qayğı – Sağlam Nəsil Naminə İctimai Birliyin, Azərbaycan Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının və “Libraff” kitab mağazaları şəbəkəsinin tərəfdaşlığı ilə həyata keçirilən turnirdə 4 komanda qalibiyyət uğrunda mübarizə aparıb.
Turnirin təltifetmə mərasimində DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, veteran futbolçular Yunis Hüseynov və Ruslan Abışov da iştirak ediblər.
Layihənin məqsədi autizm və daun sindromlu gənclərin, o cümlədən, görmə qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.
Layihə “PAŞA Sığorta” ASC-nin baş sponsorluğu, “McDonald's Azerbaijan”, “Təmiz Şəhər” ASC, “Libraff” kitab mağazaları şəbəkəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Vüqar Həşimov adına Şahmat Akademiyası, Bakı Konqres Mərkəzi, “Art & Creativity Club”, “Natavan Gallery&Club”un sponsorluğu, Birgə və Sağlam İctimai Birliyi, Qayğı - Sağlam Nəsil Naminə İctimai Birliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Gözdən Əlillər Cəmiyyətinin tərəfdaşlığı ilə həyata keçirilir.