Bu gün AFFA-nın inzibati binasında UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş qadın mütəxəssislərə müvafiq diplomlar təqdim olunub. Diplomları AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov təqdim ediblər.