az en
News / Qapıçılar üzrə məşqçilər üçün UEFA "B" kateqoriyalı məşqçi kursu keçiriləcək

Qapıçılar üzrə məşqçilər üçün UEFA "B" kateqoriyalı məşqçi kursu keçiriləcək

Məşqçi kursları Dərc olundu: 08.02.2024 Çap
Martın 4-dən 5-dək (birinci mərhələ), mayın 20-dən 22-dək (ikinci mərhələ) və sentyabrın 2-dən 4-dək (üçüncü mərhələ) Bakı şəhərində AFFA tərəfindən qapıçılar üzrə məşqçilər üçün UEFA-nın "B" kateqoriyalı məşqçi kursu keçiriləcək.
Qapıçılar üzrə məşqçilər üçün UEFA "B" kateqoriyalı məşqçi kursu keçiriləcək
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. "C" Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 1268
E-mail: [email protected]
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlər fevralın 23-dək qəbul olunacaq.
 
Baş Sponsor 
Partnyorlar