UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” turnirin qrup mərhələsindəki çıxışını başa vurub.
Təmsilçimiz Avropa Liqasının qrup mərhələsinin son oyunu çərçivəsində Almaniyanın "Frayburq" klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın qolunu 90+2-ci dəqiqədə Kvabena Ovusu vurub. Qrupu 3-cü pillədə başa vuran “Qarabağ” çıxışını dayandırsa da, mübarizəsini Avropa Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.
Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi noyabrın 7-də, saat 17:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək.