az en
News / "Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb

"Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb

Avropa Liqası Dərc olundu: 15.03.2024 Çap
"Qarabağ" klubu UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində cavab oyununu keçirib.
Təmsilçimiz Leverkuzen şəhərindəki "BayArena" stadionunda Almaniyanın "Bayer 04" klubu ilə qarşılaşıb. Oyun "Bayer 04"ün 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesabı 59-cu dəqiqədə Abdullah Zubirin qolu ilə "Qarabağ" açıb. Təmsilçimiz 68-ci dəqiqədə Olaviyo Juninyonun qolu ilə hesabı 2:0-a çatdırıb. "Bayer 04"ün qollarını isə 72-ci dəqiqədə Jeremi Frimponq, 90+3 və 90+8-ci dəqiqələrdə Patrik Şik vurub.
Beləliklə, ümumilikdə "Bayer 04"ə 4:5 hesabı ilə məğlub olan "Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.
"Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb
Baş Sponsor 
Partnyorlar