az en
News / “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb (fotoreportaj)

“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb (fotoreportaj)

Avropa Liqası Dərc olundu: 23.02.2024 Çap
UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” turnirin pley-off mərhələsində cavab oyununu keçirib. 
“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb (fotoreportaj)
Tofiq Bəhramov adına Respublika stadionunda Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşıb. Oyunun əsas vaxtı 2:0 hesabı ilə Portuqaliya klubunun xeyrinə başa çatdığından, qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. 102-ci dəqiqədə Mateus Silva və 120+2-ci dəqiqədə Nəriman Axundzadə vurduğu qollarla ümumi hesabı 2:3 ediblər. İki oyunun nəticəsinə əsasən, ümumilikdə 6:5 hesabı ilə qalib gələn “Qarabağ” ölkə futbol tarixində Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub. Qeyd edək ki, “Qarabağ”ın heyətində Elvin Cəfərquliyev 57-ci dəqiqədə ikinci sarıdan sonra qırmızı vərəqə alaraq meydanı tərk edib.
Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində təşkil olunacaq.

 
Baş Sponsor 
Partnyorlar