az en
News / “Qarabağ” heç-heçə edib

“Qarabağ” heç-heçə edib

Avropa Liqası Dərc olundu: 13.10.2022 Çap
UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” turnirin qrup mərhələsində növbəti oyununu keçirib. Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın “Olimpiakos” klubuna qarşı oyun qolsuz heç-heçə başa çatıb. Dörd oyundan sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib. Təmsilçimiz qrup mərhələsində növbəti oyununu oktyabrın 27-də səfərdə Fransanın “Nant” klubuna qarşı keçirəcək.
 
“Qarabağ” heç-heçə edib
Baş Sponsor 
Partnyorlar