az en
News / “Qarabağ”ın oyunlarına təyinatlar açıqlanıb

“Qarabağ”ın oyunlarına təyinatlar açıqlanıb

Konfrans Liqası Dərc olundu: 31.07.2021 Çap
UEFA Avropa Konfrans Liqasında mübarizəsini davam etdirən “Qarabağ”ın üçüncü təsnifat mərhələsində Kiprin AEL klubuna qarşı keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb. Avqustun 5-də səfərdə keçiriləcək oyunu İsveçdən, bir həftə sonra Bakıda olacaq qarşılaşmanı isə Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ”ın oyunlarına təyinatlar açıqlanıb
AEL (Kipr) – “Qarabağ”
5 avqust. AEK Arena. Saat 21:00
Baş hakim: Qlenn Nyuberq
Baş hakimin köməkçiləri: Mahbod Beygi, Andreas Söderkvist
Dördüncü hakim: Boyan Panciç
(Hakimlər briqadası İsveçdəndir)
 
“Qarabağ” – AEL
12 avqust. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
Baş hakim: Kristo Tover
Baş hakimin köməkçiləri: Silver Koyv, Step Klaasen
Dördüncü hakim: Karl Koppel
(Hakimlər briqadası Estoniyadandır)
Baş Sponsor 
Partnyorlar