az en
News / Referi köməkçisini dördüncü hakim əvəzləyib

Referi köməkçisini dördüncü hakim əvəzləyib

Konfrans Liqası Dərc olundu: 22.10.2021 Çap
Xəbər verdiyimiz kimi, UEFA Avropa Konfrans Liqasının oktyabrın 21-də keçirilmiş “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) qarşılaşmasını Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
 
Referi köməkçisini dördüncü hakim əvəzləyib
Lakin referi köməkçisi Zeynal Zeynalovun oyunöncəsi COVID-19 testi pozitiv nəticələndiyi üçün dördüncü hakim funksiyası yerinə yetirməli olan Elçin Məsiyev qarşılaşmada yan xətt hakimi kimi fəaliyyət göstərib.
Matçın dördüncü hakimi isə çexiyalı Yan Petrik olub.
Əliyar Ağayev, Akif Əmirəli və Elçin Məsiyev oktyabrın 23-də Bakıya dönəcək.
Zeynal Zeynalov isə bir neçə gün Çexiyada karantin rejimində qalacaq.
 
Baş Sponsor 
Partnyorlar