az en
News / “Sabah” komandasına medallar təqdim edilib (fotoreportaj)

“Sabah” komandasına medallar təqdim edilib (fotoreportaj)

U-16 Liqası Dərc olundu: 27.06.2023 Çap
Bu gün ASK Arenada keçirilmiş “Sabah” - “Kəpəz” qarşılaşması ilə AFFA U-16 Liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.
“Sabah” komandasına medallar təqdim edilib (fotoreportaj)
Turun son oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. İlk üç yeri tutan komandalara medallar və diplomlar, çempion “Sabah” komandasına isə kubok verilib. Mükafatları AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər. “Sumqayıt” komandasının üzvü Nihad Orucəli 35 qolla liqanın ən məhsuldar oyunçusu olub. “Sabah” komandasının üzvü Babamirzə Mehdizadə isə AFFA U-16 Liqasının ən yaxşı oyunçusu seçilib və xüsusi hədiyyə ilə mükafatlandırılıb.
 
Baş Sponsor 
Partnyorlar