az en
News / “Sabah” U-14 Liqasının qalibi olub (fotoreportaj)

“Sabah” U-14 Liqasının qalibi olub (fotoreportaj)

U-14 Liqası Dərc olundu: 01.05.2019 Çap
AFFA-nın təşkil etdiyi Kapital Bank U-14 Liqasında 2018-2019-cu il mövsümünə yekun vurulub.
 
“Sabah” U-14 Liqasının qalibi olub (fotoreportaj)
ASCO Arenada keçirilən final qarşılaşmasında “Sabah” və “Binə” komandaları qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən “Sabah” liqanın qalibi olub. “Binə” ikinci, “Qəbələ” üçüncü pilləni tutub.   
Final oyunundan dərhal sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, aşağı yaş qrupu üzrə milli komandaların kordinatoru Miloş Velebit, Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə və Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev təqdim ediblər.
Rəqib qapılarından 64 top keçirən Amin Qarayev (“Qarabağ”) liqanın ən məhsuldar oyunçusu olub. Ən yaxşı qapıçı Emil Həbibov (“Sabah”), ən yaxşı oyunçu isə Nicat Məmmədov (“Sabah”) seçilib.
 
 
Baş Sponsor 
Partnyorlar