az en
News / “Self Evaluation Workshops” seminarı davam edir (fotoreportaj)

“Self Evaluation Workshops” seminarı davam edir (fotoreportaj)

Seminar Dərc olundu: 22.02.2024 Çap
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “Self Evaluation Workshops” seminarı davam edir.
“Self Evaluation Workshops” seminarı davam edir (fotoreportaj)
Seminarın 2-ci günündə Bakıda səfərdə olan UEFA nümayəndələri – Helen Croft, Jeff Davis və Diana Bulgaru AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və digər əməkdaşlarla birlikdə “Vətən” Futbol Məktəbində olublar. Futbol məktəbinin direktoru Mustafa Həsənov qonaqlara “Vətən” FM ilə bağlı məlumat verib. Məlumatda futbol məktəbinin iş prinsipi, futbolçular üçün yaradılan şərait və digər məsələlər yer alıb. Günün ikinci yarısında UEFA nümayəndələri ilə AFFA-nın müvafiq bölmələrinin əməkdaşları arasında müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.
 
Baş Sponsor 
Partnyorlar