az en
News / “Self Evaluation Workshops” seminarına yekun vurulub (fotoreportaj)

“Self Evaluation Workshops” seminarına yekun vurulub (fotoreportaj)

Seminar Dərc olundu: 23.02.2024 Çap
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “Self Evaluation Workshops” seminarına yekun vurulub.
“Self Evaluation Workshops” seminarına yekun vurulub (fotoreportaj)
Bakıda səfərdə olan UEFA nümayəndələri – Helen Croft, Jeff Davis və Diana Bulgaru Azərbaycan Eşitməqüsurlular Futbol Federasiyası və Azərbaycan Amputant Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb. Görüş zamanı Azərbaycanda fiziki qüsurlu şəxslərin futbol vasitəsilə cəmiyyətə inteqrasiyası, bu istiqamətdə bugünədək görülmüş işlər və digər mövzular barədə müzakirələr aparılıb. Görüşdən sonra qonaqlar amputant futbolçular arasında keçirilən yoldaşlıq görüşünü izləyib. Seminarın sonuncu günündə UEFA nümayəndələri AFFA-nın Baş katibi Sərxan Hacıyevlə görüşüb. Görüşdə 3 gün davam etmiş seminar haqqında fikir mübadiləsi aparılıb. Yekunda Baş katib Sərxan Hacıyev qonaqlara Azərbaycan milli komandasının formasını təqdim edib.
 
Baş Sponsor 
Partnyorlar