az en
News / Təmsilçilərimizin rəqibləri bəlli olub

Təmsilçilərimizin rəqibləri bəlli olub

Konfrans Liqası Dərc olundu: 16.06.2021 Çap
2021/2022-ci il mövsümündə ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.
 
Təmsilçilərimizin rəqibləri bəlli olub
Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq “Qarabağ” İsrailin “Aşdod”, “Sumqayıt” Serbiyanın “Çukariçki”, “Keşlə” isə Rusiyanın “Soçi” komandası ilə qarşılaşacaq.
"Qarabağ" ilk oyununu doğma meydanda, "Sumqayıt"la “Keşlə” isə səfərdə keçirəcək.
Həmçinin Çempionlar Liqasında mübarizə aparacaq “Neftçi”nin Konfrans Liqasındakı potensial rəqibi məlum olub. Təmsilçimiz birinci təsnifat mərhələsində mübarizəsini dayandıracağı halda, çıxışını Konfrans Liqasında davam etdirəcək və bu turnirdə "Makkabi" (Hayfa, İsrail) / “Kayrat” (Qazaxıstan) cütündə məğlub olan komanda ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA tərəfindən ilk dəfə təşkil olunacaq UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları 22 iyul, cavab qarşılaşmaları isə 29 iyul tarixlərində keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar