az en
News / "Uşaq futbolunun inkişafına və azarkeşlərin stadionlara cəlb olunmasına çalışmalıyıq"

"Uşaq futbolunun inkişafına və azarkeşlərin stadionlara cəlb olunmasına çalışmalıyıq"

AFFA Dərc olundu: 02.04.2024 Çap
Bu gün AFFA prezidenti Rövşən Nəcəfin mətbuat konfransı keçirilib. O, artıq “Neftçi” klubunun Müşahidə Şurasının sədri vəzifəsindən ayrıldığını bildirib. Federasiya prezidenti Azərbaycan futbolunun inkişafı üçün vaxt lazım olduğunu və bundan başqa, sistematik işlər görülməsinin vacibliyini qeyd edib: 
"Uşaq futbolunun inkişafına və azarkeşlərin stadionlara cəlb olunmasına çalışmalıyıq"
“Əlimizdən gələni edəcəyik ki, daha yaxşı nəticələr qazanaq. Futbol yalnız meydanda göstərilən nəticələrlə ölçülmür. İnfrastrukturun möhkəmləndiriliməsi, akademiyalarda oyunçuların yetişdirilməsi, şəffaf hesabatın təmin olunması vacib məqamlardandır. Uşaq futbolunun inkişafına və azarkeşlərin stadionlara cəlb olunmasına çalışmalıyıq. Buna görə də strateji planlamamız olmalıdır. Hər hansı uğurlu komandanın formalaşması üçün zamana ehtiyac var”.

R.Nəcəf qarşıya qoyulan ilk məqsədin qısa müddət ərzində strategiyanın hazırlanması olduğunu bildirib:  “İstənilən lahiyəni həyata keçirmək üçün maliyyə vəsiaitinə ehtiyac var. Burda dövlətdən maliyyə yardımı edilməsindən yox, özəl strukturları cəlb etməkdən danışırıq. Həmçinin teleyayım keyfiyyətinin artırılması üzərində düşünməliyik. Sadə səslənsə də, bunlar böyük inkişaf yolu tələb edən tədbirlərdir. Əminəm ki, futbol ictimaiyyəti olaraq bünün üçün birgə fəaliyyət gösrtərəcəyik”. 

AFFA prezidenti futbolun inkişafı baxımından medianın ayrılmaz hissələrdən biri olduğunu deyib: “Oyunların işıqlandırılması, müsahibələr, proqramlar mediasız mümkün deyil. AFFA olaraq media ilə daha sıx işləyəcəyik”. 
 
O, veteran futbolçuların xidmətlərindən də yararlanacaqlarını qeyd edib: “Futbol ictimaiyyətinin bütün nümayəndələrinin fikirlərindən bəhrələnəcəyik. Bunu proqram şəkilində düçünəcəyik. Bu, müxtəlif tədbirlər vasitəsi ilə həyata keçirilə bilər. Futbol ictimaiyyətinin bütün nümayəndələrinin çiyin-çiyənə çalışmasını dedikdə, bunu nəzərdə tuturam”.
 
Baş Sponsor 
Partnyorlar