az en
News / UEFA AVRO-2020-yə ev sahibliyi edəcək şəhərləri təsdiqlədi

UEFA AVRO-2020-yə ev sahibliyi edəcək şəhərləri təsdiqlədi

Avro-2020 Dərc olundu: 17.06.2020 Çap
UEFA AVRO-2020-yə ev sahibliyi edəcək 12 şəhər və yeni oyun cədvəli təsdiq edildi. 
 
UEFA AVRO-2020-yə ev sahibliyi edəcək şəhərləri təsdiqlədi
Bu gün UEFA İcraiyyə Komitəsi videokonfrans vasitəsilə bir araya gələrək, UEFA-nın müxtəlif klub və milli komanda yarışları üçün qaydalar, format, təqvim və məkanlarla bağlı bir sıra qərarlar qəbul edib. 
Videokonfrans zamanı UEFA Avro-2020 ilə bağlı da bəzi mühüm qərarlar açıqlanıb. Belə ki, bu il çempionata ev sahibliyi etməsi nəzərdə tutulan 12 şəhərin adı dəyişməz olaraq qalıb və bu şəhərlər 2021-ci ilin yayında final turnirini qəbul edəcək. Videokonfrans zamanı, həmçinin, 2021-ci il üçün çempionatın yenilənmiş oyun cədvəli də təqdim olunub. A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:
 
12 iyun, saat 17:00
Uels - İsveçrə
 
16 iyun, saat 20:00
Türkiyə - Uels
 
20 iyun, saat 20:00
İsveçrə - Türkiyə
 
3 iyul, saat 20:00
¼ final oyunu
Videokonfransda qeyd olunub ki, mövcud biletlərin hamısı 2021-ci ildə turnir üçün etibarlı olaraq qalır. Biletlərini geri qaytarmaq istəyən bilet sahibləri iyunun 18-dən 25-dək  euro2020.com/tickets linki vasitəsilə biletlərini geri tələb edə bilərlər. Bu, biletlərin qaytarılması üçün son şans olacaq. Turnirə play-off mərhələsi vasitəsilə vəsiqə qazanacaq dörd milli komandanın azarkeşləri də daxil olmaqla bütün azarkeşlər üçün bilet satışı tarixləri növbəti günlərdə açıqlanacaq.
 
UEFA İcraiyyə Komitəsi, həmçinin ev sahibi şəhərlərə və yerli qurumlara təxirə salınmış Avro-2020-nin gələn il təşkil olunmasında götürdükləri öhdəliklərə və göstərdikləri davamlı dəstəyə görə təşəkkürünü bildirib.
 
Baş Sponsor 
Partnyorlar