AFFA-nın təşkilatçılığı ilə AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA B kateqoriyalı məşqçi kursunun III mərhələsi başlayıb. AFFA-nın baş həkimi Vyaçeslav Xomenko tibb üzrə, sabiq FİFA referisi Orxan Məmmədov isə oyun qaydaları üzrə kurs iştirakçılarına seminar keçiblər. Oktyabrın 5-dək davam edəcək məşğələlər təlimatçılar Aslan Kərimov, Osman Rəhimov, Fərid Namazov və Elşən Poladovun iştirakı ilə keçirilir.