az en
News / UEFA İcraiyyə Komitəsinin qərarı

UEFA İcraiyyə Komitəsinin qərarı

UEFA Dərc olundu: 03.12.2020 Çap
Bu gün UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Müzakirə olunan məsələlərdən biri Azərbaycan təmsilçilərinin (milli və klub komandaları) ev oyunlarının neytral meydanda keçirilməsi ilə bağlı bu ilin oktyabrında qəbul olunmuş qərara yenidən baxılması olub. Müzakirələrdən sonra bu məsələ ilə bağlı qəbul olunmuş qərarı diqqətinizə çatdırırıq:
UEFA İcraiyyə Komitəsinin qərarı
Azərbaycanda/Ermənistanda oyunların keçirilməsi

İki ölkə arasında atəşin dayandırılması barədə 10 noyabr 2020-ci tarixli razılaşma və bu xüsusda bütün digər məqamlar nəzərə alınaraq, hesab olunur ki, hər iki ölkədə UEFA oyunlarının keçirilməsi üçün şərtlər yerinə yetirilə bilər.
Beləliklə, UEFA İcraiyyə Komitəsi UEFA oyunlarının Azərbaycanda və Ermənistanda keçirilməsi ilə bağlı 2020-ci il oktyabrın 20-də qəbul olunmuş qadağanın ləğv olunması barədə qərar qəbul edir.
Baş Sponsor 
Partnyorlar