az en
News / AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

AFFA Dərc olundu: 15.02.2017 Çap
Martın 16-da, saat 10:00-da, Hilton otelində AFFA-nın növbəti Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.
AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək
AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
 
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
 
Konfransda İcraiyyə Komitəsində mövcud olan 1 vakant yerə seçki keçiriləcək.
Konfransa giriş dəvətnamə ilə olacaq.
Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı fevralın 27-dən martın 6-dək akkreditasiya üçün qeydiyyat aparılacaq ([email protected]).
 
Baş Sponsor 
Partnyorlar