az en
News / AFFA Telman Salahovu təbrik edib

AFFA Telman Salahovu təbrik edib

AFFA Dərc olundu: 02.02.2017 Çap
Futbol veteranı, SSRİ idman ustası, əməkdar məşqçi, “Sumqayıt” klubunun Müşahidə Şurasının üzvü Telman Salahovun 80 yaşı tamam olur.
Bu gün AFFA-nın inzibati binasında baş katib Exan Məmmədov veteran futbolçu ilə görüşüb, əlamətdar yubileyi münasibətilə onu AFFA rəhbərliyi adından təbrik edib. Baş katib üzərində “T.Salahov 80” yazılmış Azərbaycan milli komandasının futbolkasını yubilyara təqdim edib. Telman Salahov göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.
 
AFFA Telman Salahovu təbrik edib
Baş Sponsor 
Partnyorlar