az en
News / Anatoli Banişevskinin xatirə turniri keçirilib (fotoreportaj)

Anatoli Banişevskinin xatirə turniri keçirilib (fotoreportaj)

AFFA Dərc olundu: 25.02.2018 Çap
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri hesab edilən Anatoli Banişevskinin anadan olmasının 72-ci ildönümü ilə əlaqədar AFFA və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə xatirə turniri keçirilib.
 
Anatoli Banişevskinin xatirə turniri keçirilib (fotoreportaj)
2005//06-cı il təvəllüdlü uşaqlardan ibarət 6 komandanın iştirak etdiyi turnirin qalibi final oyununda “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən “Vətən” RİOEUGFM olub. Üçüncü yer uğrunda keçirilən oyunda isə “Keşlə” BİFM-ni penaltilər seriyasında məğlub edib (1:2). Nicat Məmmədov (“Vətən” RİOEUGFM) turnirin ən məhsuldar oyunçusu olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, xatirə medalları və diplomlar təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar