az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalı Dərc olundu: 04.10.2019 Çap
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarlarını diqqətinizə çatdırırıq:
Apellyasiya Arbitraj Tribunalının qərarları
1. Rashid Gholipour Tazehkandi, Amir Shojaei  və Eshagh Soorghali tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin.
2. AFFA İntizam Komitəsinin 20 may 2019-cu il tarixli qərarı ilə 17 may 2019-cu il tarixində baş tutan futzal üzrə Yüksək Liqanın “Araz” – “Xəzər Cənub” oyunundan sonra “Xəzər Cənub” komandasının futzalçılarının hakimə fiziki təsir göstərdiyinə cəzalandırıldığı 12 ay müddətin qalan hissəsi şərti hesab edilməklə futzalçılar cəzadan azad edilsin.
3. Qalan müddət ərzində futzalçıların eyni əməllərə təkrar yol verəcəkləri halda cəzadan şərti olaraq azadetmə ləğv olunsun və cəzanın çəkilməmiş hissəsi də üzərinə əlavə olunmaqla 12 ay müddətinə cəzalandırılsın.
 
Baş Sponsor 
Proyekt Partnyorları