az en
News / “ASK Arena”nın süni ot örtüyü ilə bağlı tender elan olunur

“ASK Arena”nın süni ot örtüyü ilə bağlı tender elan olunur

AFFA Dərc olundu: 07.06.2019 Çap
“ASK Arena”nın mövcud süni ot örtüyünün əvəzlənməsi ilə bağlı AFFA tender elan edir. 
 
“ASK Arena”nın süni ot örtüyü ilə bağlı tender elan olunur
Görüləcək işlərin siyahısı ilə aşağıda tanış ola bilərsiniz:
 
Görüləcək işlər:
1. Mövcüd örtüyün rulon halında çıxarılması (7848 m2)
2. Qum və rezinin çıxarılması
3. FİFA Quality Pro sertifikatını əldə edə biləcək səviyyədə yeni süni örtüyün quraşdırılması (7848 m2):
- Müəyyən miqdarda əlavələr edilməklə mövcud “shockpad”dən istifadə olunması
- Müəyyən miqdarda əlavələr edilməklə mövcud qum və rezindən istifadə olunması
- FİFA Quality Pro sertifikatının alınmasına zəmanət verilməsi
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
 
Tenderdə iştirak etmək istəyənlər təkliflərini və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini 21 iyun 2019-cu il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
Qeyd: Eyni keyfiyyətdə və eyni qiymətdə olan məhsullarla bağlı təkliflər arasında seçim edilərkən yerli istehsalçıların məhsullarına üstünlük veriləcək.
 
Baş Sponsor 
Proyekt Partnyorları