az en
News / Azərbaycan – Litva: Akkreditasiya üçün qeydiyyat

Azərbaycan – Litva: Akkreditasiya üçün qeydiyyat

A Milli Dərc olundu: 15.03.2019 Çap
Martın 25-də, saat 18:00-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Litva yoldaşlıq oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri martın 15-dək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
Azərbaycan – Litva: Akkreditasiya üçün qeydiyyat
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı
2. Təmsil etdiyi KİV
3. Vəzifəsi
4. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil
 
Yuxarıda qeyd olunanlar 15 mart saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Baş Sponsor 
Proyekt Partnyorları