az en
News / Azərbaycan – Xorvatiya: Məşqçi fikirləri

Azərbaycan – Xorvatiya: Məşqçi fikirləri

Avro-2016 Dərc olundu: 04.09.2015 Çap
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Xorvatiya oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan – Xorvatiya: Məşqçi fikirləri
Niko Kovaç (Xorvatiya millisinin baş məşqçisi): "Oyun ərzində qol vurmağa çalışsaq da, şanslarımızdan yararlana bilmədik. Bütün oyun boyu üstünlüyə malik olsaq da, qələbə qazanmaq mümkün olmadı. Azərbaycan millisi müdafiədə düzgün oynadı. Robert Prosineçkinin gəlişindən sonra bu komanda təkcə müdafiə olunmaqla kifayətlənmir, həm də hücumlar təşkil etməyə çalışır və əksər hallarda buna müvəffəqiyyətlə nail olur. Azərbaycan millisini təbrik edirəm. Rəqibimiz bir xala layiq idi”.
 
Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): “İlk növbədə onu demək istəyirəm ki, futbolçularımla fəxr edirəm. Onlar bu gün Avropanın ən yaxşı komandalarından birinə qarşı layiqincə mübarizə apardılar. Doğrudur, bu qənaətbəxş nəticəyə çox sevinmək imkanımız yoxdur, çünki 3 gündən sonra Malta yığması ilə çətin oyunumuz var. Düşünürəm ki, bugünkü heç-heçə Azərbaycan futbolu üçün yaxşı nəticədir. Azarkeşlərə dəstəyə görə minnətdarlığımı bildirirəm”.
 
Baş Sponsor 
Partnyorlar