az en
News / Azərbaycan – Xorvatiya: Oyunöncəsi mətbuat konfransları

Azərbaycan – Xorvatiya: Oyunöncəsi mətbuat konfransları

Avro-2016 Dərc olundu: 02.09.2015 Çap
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də keçiriləcək Azərbaycan – Xorvatiya oyunu ərəfəsində hər iki komandanın baş məşqçisinin “Bakcell Arena”da mətbuat konfransı keçirilib:
 
Azərbaycan – Xorvatiya: Oyunöncəsi mətbuat konfransları
Niko Kovaç (Xorvatiya millisinin baş məşqçisi): “Azərbaycan millisi indi müdafiədə daha diqqətli oynayır, hücum qurarkən daha az səhvə yol verir, pressinq qarşısında topu hara gəldi vurmur.
Sabahkı oyunun nəticəsi ilə bağlı optimist düşünürəm və hər zaman oyunlara bu cür köklənirəm. Azərbaycan millisi üzərində də qələbə qazanacağımıza inanıram.
Futbolçularımdan hər zaman sona qədər oynamağı tələb edirəm. Xorvatiya millisi mənim rəhbərliyim dövründə ən çox qol vuran komandalardan biridir”.
 
Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): “On gündür birlikdəyik. Bəzi futbolçular toplanışa nisbətən gec qoşuldu. Bilirik ki, sabah bizi çox çətin oyun gözləyir və mübarizəyə hazırıq. Komandanın məşq prosesindən razı qaldım. Futbolçular hazırlıq dövründə əllərindən gələni ediblər.
Çox şadam ki, "Qəbələ" və "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bununla əlaqədar bəzi futbolçuların son vaxtlar sıx qrafiklə oynaması planlarımıza mənfi təsir etmir”.
 
Baş Sponsor 
Partnyorlar