az en
News / Bayıl Məşq Mərkəzinin açılışı olub (fotolar)

Bayıl Məşq Mərkəzinin açılışı olub (fotolar)

AFFA Dərc olundu: 20.12.2017 Çap
Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvlərinin iştirakı ilə Bayıl Məşq Mərkəzinin açılış mərasimi təşkil olunub.
 
Bayıl Məşq Mərkəzinin açılışı olub (fotolar)
Rövnəq Abdullayev İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev və İsgəndər Cavadovla birgə rəmzi qırmızı lenti kəsdikdən sonra məşq mərkəzinə baxış keçirilib. AFFA rəhbərliyi mərkəzdə futbolçular üçün yaradılmış şəraitlə tanış olub, fitnes zalına baxıblar. Mərkəzdəki 16 otaqda eyni zamanda 36 futbolçu və məşqçi yerləşdirilə bilər (otaqların ölçüsünə müvafiq olaraq çarpayıları artırıb sayı 42-yə çatdırmaq mümkündür). Bütün otaqlarda sanitar qovşaq mövcuddur. Eyni zamanda, camaşırxana və kafe də fəaliyyət göstərəcək.
AFFA ilə qarşılıqlı razılıq əsasında Bayıl Məşq Mərkəzindən həm yığma komandalar, həm də “Səbail” klubu yararlana biləcək.
Bayıl Məşq Mərkəzinin inşası üçün maliyyə vəsaiti AFFA-nın müraciətinə əsasən UEFA tərəfindən ayrılıb.
 
 
Baş Sponsor 
Partnyorlar