az en
News / Bu gün Milli Mətbuat Günü ilə bağlı tədbir keçiriləcək

Bu gün Milli Mətbuat Günü ilə bağlı tədbir keçiriləcək

AFFA Dərc olundu: 20.07.2018 Çap
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar bu gün AFFA-nın təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün tədbir təşkil olunacaq.
 
Bu gün Milli Mətbuat Günü ilə bağlı tədbir keçiriləcək
Bakı Olimpiya Stadionunda KİV nümayəndələrinin və AFFA əməkdaşlarının iştirakı ilə mini-turnir keçiriləcək. 4 komandanın mübarizə aparacağı turnir yarımfinal qarşılaşmalarından və final oyunundan ibarət olacaq.
“Media futbol festivalı” adlı tədbirin proqramını bir daha diqqətinizə çatdırırıq:
 
Saat 18:00 – 19:00 - Mini-turnir
Saat 19:30 – Şam yeməyi
 
Futbol oynamaq üçün qeydiyyatdan keçmiş mətbuat nümayəndələri özü ilə idman geyimi gətirməlidir.
Qalib komandaya AFFA-nın hədiyyələri təqdim olunacaq.
 
Baş Sponsor 
Partnyorlar