az en
News / “Coca-Cola Məktəbli Kuboku”nun yeni mövsümü başlayır

“Coca-Cola Məktəbli Kuboku”nun yeni mövsümü başlayır

Coca-Cola Məktəbli kuboku Dərc olundu: 23.10.2019 Çap
Ölkənin ən kütləvi məktəbli futbol turniri olan “Coca-Cola Məktəbli Kuboku”nun 2019-2020-ci il mövsümünə oktyabrın sonunda start veriləcək.
 
“Coca-Cola Məktəbli Kuboku”nun yeni mövsümü başlayır
Hazırda rayondaxili turnirdə mübarizə aparacaq komadaları müəyyən edə bilmək üçün məktəbdaxili mərhələnin oyunlarını keçirilir. Daha sonra isə turnir rayon birinciliyi, regional birinciliklə davam edəcək, və nəyahət, 2020-ci ilin aprel-may aylarında final mərhələsi ilə yekunlaşacaq.
Qeyd edək ki, 2018-2019-cu il mövsümünün qalibi Masallı rayonundan 4 saylı məktəbin komandası olmuşdur.
2009-cu ildən etibarən keçirilən “Coca-Cola Məktəbli Kuboku” turiniri 2011-ci ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Coca-Cola şirkəti tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur. Turnir Azərbaycanın 76 şəhər və rayonundan olan 2000-dən artıq məktəbi əhatə edir. Layihə məktəblilərin sosial və fiziki inkişafı, ölkədə futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun tərəqqisi və ümumilikdə, məktəblilərin fəal və sağlam həyat tərzinə cəlb edilməsi məqsədi daşıyır.
 
Baş Sponsor 
Proyekt Partnyorları