az en
News / "Coca-Cola Məktəbli Kuboku": Final (fotoreportaj)

"Coca-Cola Məktəbli Kuboku": Final (fotoreportaj)

Coca-Cola Məktəbli kuboku Dərc olundu: 23.06.2022 Çap
FHN-in İdman-sağlamlıq mərkəzində “Coca-Cola Məktəbli Kuboku” turnirinin final oyunu keçirilib.
"Coca-Cola Məktəbli Kuboku": Final (fotoreportaj)
Mövsümün son oyununda Sumqayıt şəhərindəki 28 nömrəli tam orta məktəbin komandası Zaqatala rayon Sumaylı kənd tam orta məktəbinin komandasına 4:1 hesabı ilə qalib gəlib. Üçüncü yer uğrunda oyunda isə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Daşarx tam orta məktəbinin komandası ilə Bakı şəhəri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin kollektivi qarşılaşıb. Rəqibini 4:0 hesabı ilə məğlub edən Aşağı Daşarx tam orta məktəbin komandası III yerin sahibi olub.
Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Təhsil nazirinin müavini, Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev təqdim ediblər.
Turnirin ən məhsuldar oyunçusu Sumqayıt komandasından Rəşad Gülüşov olub. Ən yaxşı oyunçu isə onun komanda yoldaşı Həsən Lətifov seçilib. Zaqatala komandasından Asiyət Bayramova “fair-play” mükafatına layiq görülüb. Qalib komandalara AFFA tərəfindən hədiyyələr təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar