az en
News / İcraiyyə Komitəsinin qərarları

İcraiyyə Komitəsinin qərarları

AFFA Dərc olundu: 04.03.2019 Çap
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
İcraiyyə Komitəsinin qərarları
1. Qadınlardan ibarət Azərbaycan milli komandalarının baş məşqçiləri təsdiq olunsun:
A milli komanda – Siyasət Əsgərov
U-19 – Vüqar Əsgərli
U-17; U-15 – Zamir Həsənov
 
2. 2019-2020-ci il mövsümündə Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının I Divizionda çıxışı üçün AFFA tərəfindən hər bir kluba 50.000 (əlli min) AZN vəsait ayrılsın.
Əvəzedici komandasının I Divizonda iştirakından imtina edən TPL klubu 100 min AZN məbləğində cərimə olunsun.
 
3. Oyunçuların Statusu və Transferi Komitəsinin Prosessual Qaydalarına aşağıdakı dəyişikliklər edilsin:
- Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 1‐ci bəndi aşağıdakı redaksiyada verilsin:
“Oyunçuların Statusu və Transferi Komitəsinin sədrini AFFA‐nın İcraiyyə Komitəsi təyin edir. Komitənin digər üzvləri də AFFA‐nın İcraiyyə Komitəsi tərəfindən aşağıdakı hər kateqoriya üzrə iki (2) nəfərə qədər olmaqla təyin edilir:
 
5.1.1. Peşəkar Futbol Liqası – Nihad Məmmədov
5.1.2. Klublar Komitəsi – Orxan Əhmədov
5.1.3. Müstəqil hüquqşünas – Fərid Haqverdiyev
5.1.4. Qeydiyyat və statistika şöbəsi – Seymur Səlimli
 
- Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 2‐ci bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Komitənin sədri AFFA‐nın üzvü ola bilməz. Komitənin sədri, üzvləri və məsul katibi öz vəzifələrini icra edən zaman onlara məlum olan bütün faktlar barədə məxfiliyi qorumaq öhdəliyi daşıyırlar.”
 
- Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 3‐cü bəndinin “seçilir” sözü “təyin edilir” sözü ilə əvəz edilsin.
 
4. Lisenziya Komissiyası və Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsi aşağıdakı tərkibdə təsdiq olunsun:
 
Lisenziya Komissiyası
Sədr - Elçin Səmədli
Sədr müavini - Sərxan İbadov
Üzvlər - İslam Bayramov, Firdovsi Qasımov, Mahmud Yusifov, Vladimir Fyodorov, Zaur Hacı-Məhərrəmov
 
Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsi
Sədr - Nazim Əliyev
Sədr müavini - Rauf Quluzadə, Mikayıl Xəlilzadə, İlham Hacıyev, Anar Yusubov, Zamin Hüseynov, Orxan Hüseynzadə
 
5. Tovuz rayonunda, “Turan-Tovuz” klubunun nəzdində Futbol Akademiyası təsis olunsun. Akademiyanın təsis olunması ilə bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsi AFFA-nın baş katibliyinə həvalə olunsun.
 
6. VAR (video-köməkçi hakim) sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilsin.
 
 
Baş Sponsor 
Partnyorlar